Valyuta məzənnəsi

Kadırovdan gözlənilməz təklif

Tarix:13-10-2018, 17:34

Kadırovdan gözlənilməz təklif

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırda həbsdə olan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevi "Axmat” futbol klubuna götürməyə hazır olduğunu bəyan edib.

obyektivxeber.info "İnterfax”a istinadən xəbər verir ki, Kadırov futbolçuların cinayət işinin necə yekunlaşacağının qərarına təsir etməyəcəyini bildirib. 

"Mən "Axmat” klubunun rəhbərliyi ilə məsləhətləşdim. Kokorin və Mamayev azadlığa çıxacaqları gün - istər bu gün, istər də xeyli vaxt sonra komandamıza gələ bilərlər. Onlardan ulduz oyun və qollar gözləmirik. Məqsədimiz gənclərə normal həyata dönməyə kömək etməkdir”, - deyə o vurğulayıb.
Oxunub: 305



XƏBƏR LENTİ