Valyuta məzənnəsi

Güney yenə ayaqlanır: Bu dəfə hökumətin tərkibinə etiraz

Tarix:24-10-2018, 13:48

İranın Nazirlər Kabinetində bir neçə nazir postuna türklər təyin edilməlidir.

Bu tələblə Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan çıxış edib. O, bu barədə İran hökumətinə dəfələrlə təklif verdiyini bildirib:

“Bu barədə hökumətə xəbərdarlıq etmişik. Azərbaycan bölgəsindən Nazirlər Kabinetinə ən azı bir nəfər seçilməlidir.Tələb yerinə yetirilməsə, azərbaycanlı millət vəkilləri bu məsələyə ciddi reaksiya verəcək”.

Qeyd edək ki, ötən gün İranda prezidenti Həsən Ruhani boş qalan 4 nazir postuna yeni adları təsdiq üçün Məclisə təqdim edib. Prezident İslam Şura Məclisinə İqtisadiyyat və Maliyyə Nazirliyinə Fərhat Dejpesendi, Sənaye, Mədən və Ticarət Nazirliyinə Rıza Rəhmanini, Yol və şəhərsalma üzrə Nazirliyə Məhəmməd İslamini və Kooperativ, Əmək və Sosial Müdafiə Nazirliyinə Məhəmməd Şariahmedari dörd namizəd kimi təqdim edib.

Maraqlıdır, azərbaycanlı millət vəkillərinin etiraz planına nələr daxil ola bilər?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə açıqlamasında azərbaycanlı millət vəkillərindən heç nə gözləmədiyini deyib:

“Hazırda İranda iqtisadi maliyyə vəziyyəti ağırdır. Bu tip şərtlər irəli sürməklə müəyyən mənada Cənubi Azərbaycandakı prosesin bəzi məqamlarını əngəlləmək istəyirlər. Azərbaycanlı millət vəkillərinin tələbləri inandırıcı görünmür.Onlar əvvəllər Azərbaycan Milli Hərəkatını ləkələyiblər, ölkəmizə qarşı müxtəlif hədyan dolu çıxışlar ediblər.İndi də fürsətdən istifadə edərək, guya, hökumətdə azərbaycanlı nazirin təmsil olunmasını istəyirlər. Əvvəllər Azərbaycan türkü İranın Nazirlər Kabinetində təmsil olunanda nə iş görüblər ki, bundan sonra təmsil olunanlar nə iş görsünlər?! Türkün nazir olması vəziyyəti dəyişməyəcək. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamənei türkdür Azərbaycan türklərinin milli haqlarının təmin olunması baxımından nə deyişib? Əlbəttə, heç nə. Bu, sadəcə olaraq, baş aldatmaqdan və türklərin başını sığallamaqdan başqa bir şey deyil.İranda sistem dəyişməlidir, ciddi islahatlar aparılmalıdır.Əgər bu rejim ciddi sistem dəyişikliyinə getməsə, islahatlar aparmasa, çox kəskin və sərt problemlərlə üzləşəcək.Güney parlamentindəki millət vəkili Məsud Pezeşkiyan Azərbaycan türkünün xeyrinə, milli-mənəvi haqqının təmin olunması baxımından hansı addımı atıb? Təbii ki, heç bir addım atmayıb. Bu baxımdan bu məsələnin Məsud Pezeşkiyan və ya qeyriləri tərəfindən qaldırılması cəfəngiyatdır.Bunu ortaya atırlar ki, Güney Azərbaycan cəmiyyətinin başı bu məsələyə qarışsın və irəliyə doğru daha ciddi məsələləri fikirləşməsinlər.Azərbaycan türkü İran hökumətində təmsil olunmur deyə hay-küy salıb, guya aksiya keçirdəcəklər.Bu zaman rejimə bağlı bir adamı gətirib nazir qoyacaqlar.Bu, İranda nəyi dəyişəcək? Hazırda ev dustağı olan “Yaşıllar” hərəkatının lideri Mir Hüseyn Müsəvi bir zaman İranda Baş nazir postunu tutmuşdu. Azərbaycan türkü ilə bağlı nə iş görüb?! Zamanla İran hökumətində müxtəlif vəzifələrdə azərbaycanlılar təmsil olunub.Amma Azərbaycan türkünün milli-mədəni haqlarının təmin olunması baxımından heç nə dəyişməyib”.

Şərqşünas millət vəkilinin bu tip çıxışını sistemin içindən müəyyən qüvvələrin sifarişi kimi qəbul edir:

“Onların etiraz asksiyası keçirməsi, sadəcə olaraq bir neçə Azərbaycan türkünün həbs olunması ilə nəticələnə bilər. İnanmıram ki, Güney Azərbaycanda kimsə bu avantüristlərin ardınca gedib, onların təkliflərini dəstəkləyər.Çünki Güney Azərbaycan türkü onları daha yaxşı tanıyır.Onları azərbaycanlılar özləri seçməyib. O adamları rejim təsdiqləyib, sonra da parlamentdə oturdublar. Onlar nə danışırsa, hakimiyyətdaxili qüvvələrdən birinin təmsilçisi kimi danışır.Onlar hamısı cızılmış xəttin içində hərəkət edirlər, əgər o cızıqdan kənara çıxsalar, yerləri Tehrandakı həbsxana olar”.

Oxunub: 244



XƏBƏR LENTİ