Valyuta məzənnəsi

İzmirdə Antik Roma Dövrünə aid abidə tapıldı

Tarix:27-10-2018, 14:04

İzmirdə bir iş yeri inşası zamanı rast gəlinən qədim qalıqların Antik Roma Dövrünə aid liman, hamam qalığı və imperiya salonu olduğu müəyyənləşib. obyektivxeber.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Konak mahalında Vəqflər Region Müdirliyinə aid Mustafa Paşa Vəqf bazarının təməlindən çıxan tarixi qalıqlarla bağlı İzmir 1 nömrəli Mədəniyyət Varlıqlarını Qoruma Heyətinin qərarıyla qazıntı işləri başladılıb.

Heyət tərəfindən hazırlanan hesabatda bölgədə qazıntı-qurtarma işləri nəticəsində Antik Roma Dövrünə aid qalıqlara rast gəlindiyi bildirilib.

Hesabatda, həmçinin, qeyd edilib ki, qalıqlar arasındakı qədim strukturlu abidələr hamam qalığı, imperatorluq salonu və liman kimi əhəmiyyətli abidələrdir.

Oxunub: 239



XƏBƏR LENTİ