Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsi Rusiya Prezidenti Vladimir Putinlə işğalçı ölkənin Baş naziri Nikol Paşinyan arasındakı münasibətlərə mane olmur.
Moderator.az xəbər verir ki, bu haqda Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov Bişkekdə “Sputnik Ermənistan”-a verdiyi müsahibəsində bəhs edib.
“Sizə bir şeyi deyə bilərəm: Putin İrəvana son səfəri zamanı Köçəryanın həyat yoldaşı Bella Koçaryanla görüşdü. Onlar əlaqə saxlayırlar. Putin və Köçəryan arasında dostluq münasibətləri var "-deyə Rusiya prezidentinin rəsmi nümayəndəsi bildirib.
Dmitri Peskov Koçaryanın həbsi ilə bağlı konkret açıqlama verməyib. O, həmçinin, qeyd edib ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən xeyli vaxt keçib və Ermənistan-Rusiya münasibətlərindəki uçurum sona çatıb.
Bundan əlavə, Peskovun sözlərinə görə, Paşinyan tez-tez Rusiya prezidenti ilə ünsiyyətdə olur:
“Paşinyan və Putin arasında konstruktiv iş münasibətləri qurulub. Bu əlaqələr yaxşı inkişaf edir və ölkələrimiz arasında belə də olmalıdır ".
Peskov onu da əlavə edib ki, Paşinyanın 2020-ci ildə Rusiyaya rəsmi səfəri ilə bağlı işlər görülür. “Lakin dəqiq tarix yoxdur, ancaq bu, çox tez də təşkil edilə bilər”-deyə Putinin sözçüsü vurğulayıb.