Rusiyalı jurnalist, SSRİ-nin keçmiş İnformasiya və Mətbuat naziri Mixail Nenaşev dünyasını dəyişib.
Bu barədə Rusiya Jurnalistlər Birliyinin mətbuat katibi Timur Şafir məlumat verib. Birlik üzvləri adından 90 yaşlı jurnalistin yaxınlarına başsağlığı verilib.
Qeyd edək ki, Nenaşev "Sovet Rusiyası" qəzetinin baş redaktoru olub.