Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 44 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 35369 şübhəli koronavirus testindən keçib, onlardan 1368--nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4140 nəfər ölüb, 149435 nəfər bu infeksiyaya yoluxub, 109962 nəfəri isə müalicə olunub.
Bu gün 1825 xəstə evə buraxılıb.
YeniAN.info