Valyuta məzənnəsi

İstanbuldakı sənədsiz azərbaycanlı ailənin ekiz körpə sevinci

Tarix:18-05-2020, 23:44

İstanbuldakı sənədsiz azərbaycanlı ailənin ekiz körpə sevinci


“Bu ağır pandemiya şəraitində İstanbulda yaşayan sənədsiz azərbaycanlı ailələrindən birinin dünyaya gələn ekiz uşaqlarına Mehriban və Əminə adı qoyulub”

Bu haqda YeniAN.info-ya açıqlamasında qardaş Türkiyə Respublikasında yaşayan sənədsiz azərbaycanlıların problemləri ilə məşğul olan ictimai fəal, Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyinin sədri Kəbutər Haqverdi deyib. K.Haqverdi bildirib ki, bu gün səhər saatlarında İstanbulun Sultan çiftliyi bölgəsində yerləşən Sultan Çiftliyi özəl Bahat xəstəxanasında bu şəhərdə sənədsiz yaşayan azərbaycanlılardan Ayxan İsmayılov və Nərmin Rəsulova cütlüyünün ekiz qızları dünyaya gəlib. Onun sözlərinə görə, hal – hazırda körpələr xəstəxanadadırlar və körpələrin vəziyyəti qənaətbəxşdir: “Körpələrin valideynləri qızlarına Türkiyə və Azərbaycan qardaşlığının şərəfinə Mehriban və Əminə adlarını qoyublar. Ümid edirəm ki, bu körpələrin ayaqlarına hər iki dövlətə düşərli olar və tezliklə dünyanı öz cənginə alan pandemiyanın qara buludları başımızın üstündən çəkilər”.

Xatırladaq ki, ekiz qızları dünyaya gələn cütlük Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin sənədsiz Azərbaycanlılarla bağlı hazırladığı siyahıdadır.


İstanbuldakı sənədsiz azərbaycanlı ailənin ekiz körpə sevinci

İstanbuldakı sənədsiz azərbaycanlı ailənin ekiz körpə sevinci

YeniAN.info

Oxunub: 241



XƏBƏR LENTİ