“Türkiyə Təhsil Nazirliyinin nəzdində olan məktəblərdə 2019-2020 tədris ilinin başa çatdırılmasına qərar verdik”.
YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVİD-19) bağlı nazirlərilə keicirilən telekonfransdan sonra belə bildirib.
Türkiyə prezidenti deyib ki, yeni tədris ilinə ənənvi qaydada sentyabr ayından başlanacaq.
R.T.Ərdoğan onu da bildirib ki, dövlət və özəl körpələr evi-uşaq bağçaları 15 iyundan fəaliyyətə başlayacaq.
Prezident onu da bildirib ki, COVİD-19-la mübarizə tədbirlərilə əlaqədar nazirliklər və digər dövlət qurumlarının ağırlaşdırılmış iş rejimində fəaliyyəti davam edir.
YeniAN.info