Valyuta məzənnəsi

Türk Hava Yolları iyunun 4-dən daxili, 10-dan isə xarici uçuşlarını bərpa edəcək

Tarix:21-05-2020, 12:48

Türk Hava Yolları iyunun 4-dən daxili, 10-dan isə xarici uçuşlarını bərpa edəcək

Türk Hava Yolları (THY) 4 iyundan daxili, 10 iyundan isə xarici uçuşlarını bərpa edəcək.
YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə THY-nin rəhbəri İlker Aycı bildirib.
İlker Aycı deyib ki, sərnişinlərin əl yükünün təyyarənin salonuna daxil ediləməsinə icazə verilməyəcək.
8 kiloqramlıq əl yükü təyyarənin yük yerinə qəbul ediləcək və ödəniş haqqı da ümumi yükə əlavə ediləcək.
Sərnişinlər təyyarə salonuna yalnız əl çntası ilə daxil ola biləcək.


YeniAN.info
Oxunub: 196



XƏBƏR LENTİ