Valyuta məzənnəsi

ABŞ-ın Terrorizm 2019 Ölkələr Hesabatında - Türkiyə

Tarix:25-06-2020, 16:37

ABŞ-ın Terrorizm 2019 Ölkələr Hesabatında - Türkiyə

Amerika Birləşmiş Ştatlarının Terrorizm 2019 Ölkələr Hesabatında "Türkiyə YPG-ni PKK-nın uzantısı kimi görür" ibarəsi diqqət çəkib.

YeniAN.info-nun TRT-Azərbaycana istinadla verdiyi xəbərə görə, hesabatın Türkiyə hissəsində ölkənin daxildə bölücü terror təşkilatı PKK, sərhədlərindən kənarda isə İŞID-a qarşı mübarizədə aktiv rol oynadığı qeyd edilir. Son 2 hesabatda yazılmayan "Türkiyə Suriyadakı YPG-ni PKK-nın uzantısı olaraq görür" ibarəsi bu dəfə diqqət çəkib.

Hesabatın Fətullahçı Terror Təşkilatına (FETÖ) toxunulan qismində isə Türkiyənin FETÖ-nü "terror təşkilatı" olaraq təyin etdiyi və bununla əlaqədar ölkə içi və xaricində həbslər reallaşdırdığı yazılsa da, təşkilatın ABŞ-ın terror təşkilatları siyahısında olmadığı bildirilib. Keçən ilki hesabatda FETÖ başçısı Fətullah Gülən üçün "sürgündə olan din adamı" yazılsa da, bu il bu ifadədən “din adamı” sözləri götürülüb.

YeniAN.info

Oxunub: 253



XƏBƏR LENTİ