Valyuta məzənnəsi

İŞİD-in yeni lideri Abdülnasir Kardaş həbs edilib

Tarix:21-05-2020, 13:24

İŞİD-in yeni lideri Abdülnasir Kardaş həbs edilib

İŞİD terror təşkilatının öldürülən rəhbəri Əbubəkr əl-Bağdadinin xələfi Abdülnasir Kardaş İraq Milli Təhlükəsizlik Təşkilatı tərəfindən həbs edilib.

YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki,bu barədə "Anadolu" xəbər agentliyi İraqın rəsmi "INA" agentliyinə istinadla məlumat yayıb.

Təhlükəsizlik rəsmiləri bildirib ki, Abdülnasir Kardaş İraqın Milli Təhlükəsizlik Təşkilatının kəşfiyyat-axtarış əməliyyatı nəticəsində ələ keçirilib. Lakin Kardaşın harada və necə həbs olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, 27oktyabr 2019-cu ildə ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən öldürüldüyünü bəyan edib.

YeniAN.info

Oxunub: 196



XƏBƏR LENTİ