Beyrut limanında dəhşətli partlayış nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Livanın Səhiyyə naziri Həməd Həsən bildirib.
Nazir “Əl-Cəzirə” televiziyasına açıqlamasında əlavə edib ki, partlayış nəticəsində 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.
***
18:10
Livanın paytaxtı Beyrut şəhərində limanda baş vermiş şiddətli partlayışda ölənlərin sayı 113-ə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı ölkənin Səhiyyə naziri Həmad Həsənə istinadən məlumat yayıb.
Nazir 4 minə yaxın insanın partlayış nəticəsində müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
Bundan əvvəl partlayışda 108 nəfərin həlak olduğu açıqlanmışdı.
Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.
Partlayış nəticəsində onlarla ev, avtomobil dağılıb və ya zədələnib, bir çox yaşayış kvartalında binaların şüşəsi sınıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışa 2015-ci ildə gömrük orqanları tərəfindən müsadirə olunmuş, anbarda saxlanan 2.7 min ton ammiak maddəsinin detonasiyası səbəb olub.
Ölkədə matəm, paytaxt Beyrut isə fəlakət zonası elan edilib. Beyrutda iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.
YeniAN.info