Nigeriyada neft emalı zavodunda baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 60-a çatıb. Bu barədə Trend "Reuters" agentliyinə istinadən xəbər verir.
Daha öncə 24 nəfərin öldüyü bildirilirdi.
Hadisə ölkənin Abiya ştatının Osisiooma rayonunda baş verib. İlkin məlumatlara əsasən, hadisəyə səbəb təmir işləri zamanı baş verən qaz sızıntısı ola bilər.