Valyuta məzənnəsi

Ərdoğan: “Rizedə sel fəlakətində 6 nəfər ölüb, 5 nəfər yaralanıb”

Tarix:23-07-2021, 19:30

Ərdoğan: “Rizedə sel fəlakətində 6 nəfər ölüb, 5 nəfər yaralanıb”

Türkiyənin Rize vilayətində keçən həftə yağan leysan yağışlarından baş verən sel və sürüşmə hadisəsindən 8 nəfər itkin düşüb.

YeniAN.az-ın Türkiyənin NTV televiziyasına istinadən verdiyi xəbərinə görə, regiona səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize və Artvində baş verən sel fəlakəti haqqında məlumat verərəkən bunu bildirib.

Türkiyə Preziednti selin apardığı 8 nəfərdən altısının cəsədinin tapıldığını, qalan 2 itkinin axtarışlarının davam etdiyini bildirib.

Təbii fəlakətdən 5 nəfərin yaralandığını deyən Prezident Ərdoğan onların xəstəxana şəraitində müalicə olunaraq evlərinə buraxıldığını qeyd edib.

Zərərçəkmiş 119 kəndə dəymiş ziyanların müəyyənləşdirildiyini, digər təbii fəlakət zonalarında da bu araşdırmaların aparıldığını vurğulayan R.T.Ərdoğan Rizede 665 inşaatın da daşqın riski altında olduğunu qeyd edib.

Türkiyə Prezidenti bir il içərisində zərəçəkənlərin evlərinin bərpa olunacağını, təhlükəsiz bir şəraitdə yaşayışlarının təmin olunacağını, seldən zərəçəkənlər üçün Rizede 550 mənzil və kəndlərdə 50 ədəd ev tikiləcəyini deyib.

Ərdoğan: “Rizedə sel fəlakətində 6 nəfər ölüb, 5 nəfər yaralanıb”
Ərdoğan: “Rizedə sel fəlakətində 6 nəfər ölüb, 5 nəfər yaralanıb”
Ərdoğan: “Rizedə sel fəlakətində 6 nəfər ölüb, 5 nəfər yaralanıb”

YeniAN.az

Oxunub: 145



XƏBƏR LENTİ