Valyuta məzənnəsi

Daha bir boksçumuz dünya çempionatının 1/4 finalında

Tarix:9-09-2025, 11:25

daha-bir-bokscumuz-dunya-cempionatinin-14-finalinda

Azərbaycan millisinin daha bir boksçusu Liverpulda dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

 
 

 

 

Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Komandamızın heyətində Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) bu hüquqa yiyələnib.

O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.
Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yığmamızın heyətində daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.

Oxunub: 23



XƏBƏR LENTİ