Əfqanıstan Prezidenti Əşrəf Qani Kabuldan Tacikistana uçub, oradan üçüncü ölkəyə gedəcək.
APA bildirir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat verib.
Mənbə bildirib ki, prezidentlə yanaşı milli təhlükəsizlik müşaviri Həmdullah Mohib də paytaxtı tərk edib.
***
18:02
Əfqanıstan Prezidenti ölkəni tərk edib.
APA bildirir ki, bu barədə “Tolo News” telekanalı mənbələrə istinadən xəbər verir.
Məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk edib.
17:54
Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verməyə razılıq verib.
APA bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Əfqanıstanın hakimiyyət orqanındakı mənbə agentliyə bildirib ki, Prezident Qani istefa verməyə razılıq verib:
Prezident bildirdi ki, Kabildə hərbi əməliyyatların olması mümkün deyil".
YeniAN.az