“TURKOVAK”ın təcili istifadəyə verilməsi üçün müraciət mərhələsinin vaxtı çatıb.
YeniAN.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın növbəti iclasdan sonra açıqlamasında bildirib.
Nazir deyib ki, yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyənin yerli istehsalı olan “TURKOVAK” bu gün ikinci bir müəssisədə kütləvi şəkildə istehsal ediləcək infrastruktura malik olub: “Təsdiq ediləcəyi təqdirdə oktyabr ayında kütləvi istehsala başlayacağıq”.
F.Qoca deyib ki, inaktiv peyvəndi olan “SİNOVAK”la “TÜRKOVAK”ın müqayisəli üçüncü faza fəaliyyətləri sabah başa çatmış olacaq: “Gələn həftə bu araşdırmaların nəticəsi açıqlanacaq”.
Nazir onu da deyib ki, inaktiv peyvəndlərin orqanizmdə müqavimət yaratmaq qabiliyyəti adətən 3 ay sonra itdiyi üçün, yenidən peyvəndolunma tövsiyə edilir.
YeniAN.az