“Səhiyyə turzimi bizim üçün çox əhəmiyyətlidir. Pandemiya az rast gəlinən 31 ölkə üçün səhiyyə turzmi bu gündən başlayır”.
YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra belə bildirib.
Nazir deyib ki, səhiyyə turizmi ilə əlaqədar hazırda müraciətlər nəzərdən keçirilir, zərurət yarandıqda xaricdən gələn xəstələr üçün çarter reysləri təşkil olunacaq: “Bu gün Liviya hökuməti ilə danışıqlar apardıq. Məlum oldu ki, bu ölkədən Türkiyəyə müraciət edən xəstə sayı çoxdur. Yəni belə hallarda çarter reysləri təşkil ediləcək”.
Nazir bildirib ki, İstanbulda yeni açılışı olan 2 xəstəxanada da səhiyyə turizmi üçün nəzərdə tutulan bölmələr var.
F.Qoca səhiyyə turizmilə əlaqədar Səhiyyə Nazirliyi olaraq digər nazirliklərlə birgə və sıx əmədaşlıq davam etdiyini vurğulayıb.
Nazir Elm Qurumunun qərarı ilə mobil telefonlar üzərindən “Həyat evə sığar” (HES) kodu alınma qaydalarından danışaraq bildirib ki, bu yeni texnalogiyanı tətbiq etmək də xəstəliklə mübarizədə önəmlidir: “Mobil telefonlar vasitəsilə alınacaq HES kodu ilə səyahət etmək mümkün olacaq. Bu kod təyyarəyə, qatara minərkən sizin azad giriş kartınız olacaq. HES kodu öncə şəhərlərarası səyahətlərdə tətbiq ediləcəck. HES kodu texnalogiyasının xaricdən gələn turstlərə də tətbiq olunacağı hazırda müzakirə edilir. 70 ölkə ilə bu məsələdə əməkdaşlıq nəzərədə tutulub, iyun, iyul, avqust ayında hansı ölkələrdən səfərlər təşkil olunacaq bu vəziyyətin gedişindən asılıdır”.
Nazir Ramazan bayramı ərəfəsində Türkiyə vətəndaşlarına xəbərdar edərək bildirib ki, mübarizə tələblərinə düzgün əməl olunmasa xəstəliyə yoluxma riski yüksələ bilər: “Mübarizə tədbirlərinin nə qədər davam edəcəyini bilmədiyimiz üçün həyat şəraitimizi yenidən planlayırıq ki, ümidlərimiz boşa çıxmasın”.
YeniAN.info
Oxunub: 297