Ermənistanın və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
YeniAN.az APA-nın xəbərinə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının müdafiə naziri hərbi əməliyyatların dayandırılması, əsirlərin qaytarılması və vəziyyəti nizamlamaq üçün maksimum səy göstərməyə hazır olduğunu bildirib", - deyə məlumatda qeyd olunub.
YeniAN.az