Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti Ilham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş öncəsi iclas keçirib.
Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata istinadən YeniAN.info bildirir ki, iclasda Dağlıq Qarabağ məsələsinin nizamlanması və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.
Qeyd edək ki, sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.
YeniAN.info