Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
YeniAN.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Liderlər Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər.
Ərdoğan Qazaxıstanın yeni hökumətinin tezliklə formalaşmasına ümid etdiyini bildirib.
Türkiyənin Qazaxıstanla həmrəy olduğunu ifadə edən Ərdoğan Türk Dövlətləri Təşkilatının da bəyanatında Qazaxıstanı dəstəklədiyini vurğulayıb.
YeniAN.az