Maslakdakı Milli Müdafiə Universitetindən prezident Ərdoğanın qatıldığı sammitdə NATO dövlət və hökumət başçıları Ukraynadakı inkişaflar çərçivəsində təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
YeniAN.az CNN Türkə istinadən bildirir ki, saat 17.00-da başlayan sammit 3 saata yaxın davam edib. İclası açan NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Avropa qitəsində sülhü pozduğunu bildirib. Rusiyanın Ukraynaya hücumlarının müzakirə edildiyi toplantıdan əvvəl Stoltenberq qısa açılış nitqi ilə çıxış edərək diplomatik səylərə baxmayaraq, heç bir nəticə əldə olunmadığını bildirib. O bildirib ki, baş verənlərə görə yeganə məsuliyyət Moskvanın üzərindədir. Rusiya hücumları ən sərt şəkildə qınadıqlarını açıqlayıb. O, Ukraynanın yanında olduqlarını vurğulayıb və dəstək mesajı verib.
NATO Zirvə toplantısından sonra verilən bəyanatda bu ifadələr yer alıb:
- Rusiyanın Ukraynaya hücum qərarı dəhşətli strateji səhvdir.
- Güclü və etibarlı qarşısının alınması üçün bütün lazımi yerləşdirmələri edəcəyik.
- NATO Sammitində liderlər Rusiyanın Ukraynaya hərbi müdaxiləsini və son hadisələri müzakirə ediblər.
Zirvədə Ərdoğanı Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun, prezidentin mətbuat katibi İbrahim Kalın və AK Partiya sözçüsü Ömər Çelik müşayiət edib.
YeniAN.az