Valyuta məzənnəsi

NATO-nun Fövqəladə Onlayn Sammiti başlayır

Tarix:25-02-2022, 18:00

 NATO-nun Fövqəladə Onlayn Sammiti başlayır

Rusiyanın Ukraynaya hücumlarını müzakirə etmək üçün keçirilən NATO Liderlərinin Fövqəladə Virtual Zirvəsi başlayıb.
Açılış nitqi ilə çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq, "Bütün səylərimizə baxmayaraq, Rusiya diplomatik prosesi rədd etdi. Biz Rusiyanın hücumlarını pisləyir və hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırırıq" dedi.

YeniAN.az CNN Türkə istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğan Kanada, İngiltərə, Fransa, Rumıniya, İslandiya, Almaniya, Çexiya, İtaliya, ABŞ və Norveçlə yanaşı, İspaniya, Estoniya, Xorvatiya, Polşa və Türkiyədən də onlayn şəkildə iclasa qatılıb.

Açılış nitqindən sonra baş katib Stoltenberq mətbuatdan çıxışını istəyib və NATO liderləri ilə görüşün davam etdiriləcəyini bildirib. Stoltenberqin yerli vaxtla saat 17:00-da sammitlə bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

YeniAN.az

Oxunub: 102



XƏBƏR LENTİ