BBC Türk Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın cənubundakı Zaporojets Atom Elektrik Stansiyasını bombalaması nəticəsində baş verən yanğında çox sayda insanın öldüyünü və ya yaralandığını bildirib.
YeniAN.az CNN Türk-ə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi Facebook sosial şəbəkəsində bildirib ki, işçilər Zaporojets zavodunun təhlükəsiz işləməsini və radiasiya səviyyəsinin hazırda normal olduğundan əmin olmaq üçün onu izləyirlər.
Bununla belə, enerji bloklarının daxilində nüvə yanacağının soyudulması prosesi pozularsa, geniş radioaktiv ziyan baş verə bilər. “Minlərlə insan bundan əziyyət çəkəcək, o cümlədən hazırda davam edən atəş və döyüşlər səbəbindən obyektin yaxınlığındakı ərazini təxliyə edə bilməyən mülki şəxslər”, - deyə məlumatda bildirilir.
Nazirlik bildirib ki, Zaporojetsdəki nüvə fəlakəti Çernobıl və Fukusima kimi atom elektrik stansiyalarında əvvəlki qəzalardan daha ağır ola bilər. “Rusiya qəsdən nüvə enerjisi sahəsinə silahlı hücum edib və bu, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) çərçivəsində bütün beynəlxalq müqavilələri pozan hərəkətdir”, - deyə bəyanatda bildirilir.
Nazirlik beynəlxalq ictimaiyyəti bölgənin təhlükəsizliyini təmin etmək üçün Rusiya qoşunlarını bölgədən çıxarmağa çağırır.
YeniAN.az