Valyuta məzənnəsi

İran Ukrayna təyyarəsinin raketlə vurulması ehtimalını təkzib edib

Tarix:10-01-2020, 12:30

İran Ukrayna təyyarəsinin raketlə vurulması ehtimalını təkzib edibİranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə, Ukrayna hakimiyyət orqanlarının iddia etdiyi kimi, Ukraynanın “Beynəlxalq Hava yolları” aviaşirkətinə məxsus “Boeing-737” sərnişin təyyarəsinin təsadüfən raketlə vurula biləcəyi ehtimalını təkzib edib.

yenian.info xəbər verir ki, Abedzadə laynerə raket hücumunun “elmi cəhətdən mümkün olmadığını” bildirib. Onun sözlərinə görə, həmin vaxt eyni yüksəklikdə başqa bir neçə sərnişin təyyarəsi də olub.

“Təyyarənin raketlə vurulduğu versiyası heç bir halda həqiqətə uyğun deyil”, - Abedzadə belə deyib.

Ə.Abedzadə ölkədə hərbi və mülki sektorlar arasında “tam koordinasiya”nın olduğunu vurğulayıb.

O, həmçinin İranın qara qutuları ABŞ-a təhvil verməkdən imtina etməsi barədə məlumatları da təkzib edib və bildirib ki, istintaqla maraqlanan bütün tərəflərə lazımi məlumatlar veriləcək. Qurum rəsmisi əlavə edib ki, zərurət yaranarsa, qara qutu məlumatlarının deşifrə edilməsi Fransada və ya başqa bir ölkədə aparılacaq.APA

Oxunub: 180



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO