Valyuta məzənnəsi

Pakistanda partlayış nəticəsində 9 polis əməkdaşı həlak olub

Tarix:6-03-2023, 23:06

Pakistanda polis avtobusunun partladılması nəticəsində hüquq-mühafizə orqanlarının doqquz əməkdaşı həlak olub, 13 nəfər yaralanıb.

"Dawn” nəşri xəbər yayıb ki, partlayış martın 6-da Bəlucistan əyalətində Kaçni və Sibi rayonlarını birləşdirən körpüdə baş verib. İlkin versiyaya görə, terrorçu-kamikadze avtobusun yaxınlığında özünü partladıb.

Yaralılar xəstəxanaya çatdırılıb, hadisə yeri əhatəyə alınıb, oraya istehkamçılar cəlb olunub. Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

Oxunub: 91



XƏBƏR LENTİ