Valyuta məzənnəsi

Qazaxıstanda iğtişaşlar nəticəsində 164 nəfər həlak olub

Tarix:9-01-2022, 18:30

Qazaxıstanda iğtişaşlar nəticəsində 164 nəfər həlak olub

Qazaxıstanda iğtişaşlar nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.

AZƏRTAC "Xabar 24" telekanalına istinadla xəbər verir ki, bu barədə bazar günü respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, iğtişaşların başlanmasından bəri Almatıda 103 nəfər, Qızıl Orda vilayətində 21 nəfər, Cambıl vilayətində 10 nəfər, Almatı vilayətində isə 8 nəfər həlak olub.

Həmçinin bildirilir ki, iğtişaşlar zamanı tibbi yardım üçün 2265 nəfər müraciət edib, onlardan 1100-ə yaxını Almatının payına düşür. Həlak olanlar arasında 11 və 15 yaşlarında iki yeniyetmə və 4 yaşlı qız da var.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, güc strukturlarının 16 əməkdaşı həlak olub, 1300-dən çoxu xəsarət alıb.

Qeyd edək ki, yanvarın 10-u Qazaxıstanda ümummilli matəm günü elan olunub.

YeniAN.az

Oxunub: 120



XƏBƏR LENTİ