Qadınların hicab taxmaq öhdəliyinə əməl etmədikləri üçün İranda son sutkada 150-dən çox iş yeri bağlanıb.
YeniAN.az-ın "mignews”a istinadən verdiyi xəbərə görə, bağlanma polisin müşahidə kameraları və üztanıma texnologiyasından istifadə edərək qanunu pozan qadınlara qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.
İranda qadınların ictimai yerlərdə hicab taxması tələbi 1979-cu il İslam İnqilabından qısa müddət sonra qanunla təsbit edilib.
"Təəssüf ki, polis 137 mağaza və 18 restoran və iş yerini geyim qaydalarına riayət etmədiyi üçün bağlamalı olub" - Təsnim xəbər agentliyi polis sözçüsündən sitat gətirib.