Valyuta məzənnəsi

Moskvada Rusiya-Türkiyə-İran-Suriya dördtərəfli görüşü keçirilib - YENİLƏNİB

Tarix:25-04-2023, 19:19

Moskvada Rusiya Federasiyası, İran İslam Respublikası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının müdafiə nazirləri arasında dördtərəfli danışıqlar keçirilib.

YeniAN.az xəbər verir ki, danışıqlar zamanı Suriya Ərəb Respublikasında təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması sahəsində əməli addımlar müzakirə edilib.

Terror təhdidlərinin bütün təzahürlərinə qarşı mübarizə, Suriyada bütün ekstremist qruplarla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.

Danışıqlardan sonra tərəflər Suriyanın ərazi bütövlüyünü qorumaq istəklərini, həmçinin suriyalı qaçqınların vətənlərinə tezliklə qayıtması üçün səylərin gücləndirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər.

Müdafiə nazirliklərinin rəhbərləri bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriya Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin zəruriliyini xüsusilə vurğulayıblar.

Həmçinin Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu iranlı suriyalı və türkiyəli həmkarları ilə ikitərəfli danışıqlar aparıb

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən qlobal və regional təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müzakirə olunub.

 

***

16:13

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ve MİT rəhbəri Hakan Fidan Rusiya müdafiə naziri Sergey Şoygu, İran müdafiə naziri Mohammad Reza Aştiyani və Suriya müdafiə naziri Ali Mahmud Abbas, eyni zamanda, Rusiya, İran və Suriya kəşfiyyat xidmətlərinin rəhbərləri ilə 25 apreldə Moskvada görüşüblər.

YeniAN.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Suriyadakı təhlükəsizlik vəziyyətinin gücləndirilməsi, Türkiyə-Suriya əlaqələrinin normallaşdırılması istiqamətində atıla biləcək real addımlar, Suriya torpaqlarında terror təşkilatları ilə mübarizə, suriyalı qaçqınların qayıdışına dair səylərin artırılması müzakirə olunub.

Tərəflər Suriyanın ərazi bütövlüyünə hörmət etdiklərini təsdiq ediblər. Konstruktiv məcrada keçən görüşün nəticəsində Suriyada və bir bölgədə sabitliyin təmin edilməsi və dördtərəfli formatdakı toplantıların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.Moskvada Rusiya-Türkiyə-İran-Suriya dördtərəfli görüşü keçirilib - YENİLƏNİB - FOTO Moskvada Rusiya-Türkiyə-İran-Suriya dördtərəfli görüşü keçirilib - YENİLƏNİB - FOTO Moskvada Rusiya-Türkiyə-İran-Suriya dördtərəfli görüşü keçirilib - YENİLƏNİB - FOTO Moskvada Rusiya-Türkiyə-İran-Suriya dördtərəfli görüşü keçirilib - YENİLƏNİB - FOTO

Oxunub: 109



XƏBƏR LENTİ