Valyuta məzənnəsi

Türkiyə, Almaniya, İngiltərə və Fransanın xarici işlər nazirləri videkonfrans keçiriblər

Tarix:20-05-2020, 14:52

 Türkiyə, Almaniya, İngiltərə və Fransanın xarici işlər nazirləri videkonfrans keçiriblər

Bu gün Türkiyə, Almaniya, İngiltərə və Fransanın xarici işlər nazirlərinin videokonfrans vasitəsilə toplantısı keçirilib.
APA-nın yerli bürosuna Türkiyə XİN-dən verilən məlumata görə, videokonfrans 17 mart 2020-ci ildə 4 ölkə başçılarının birgə keçirdikləri zirvə toplantısının nəticələrini nəzərədən keçirmək məqsədilə baş tutub.
İclasda yeni növ koronavirusla (COVID-19) büğlı mübarizə tədbirləri, pandemiyasonrası atılacaq addımlar, Suriya, Liviya, İraq başda olmaqla regional vəziyyətlər, xüsusilə son zamanlar yaşanan hadisələr müzakirə olunub.
Nazirlikdən bildirilib ki, görüş son dərəcə səmimi keçib və sözügedən mövzularla bağlı nazirlər fikir mübadiləsi də aparıblar.
Vİdeokonfransda bu formatda təkrar toplantının keçiriləcəyi qərara alınıb.

YeniAN.info

Oxunub: 396



XƏBƏR LENTİ