Valyuta məzənnəsi

İsrail-Həmas münaqişəsi: "Qəzzada həyat tükənmək üzrədir", - BMT xəbərdarlıq edir

Tarix:16-10-2023, 16:02

BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib

YeniAN.az xəbər verir ki, BMT bir daha xəbərdarlıq edib ki, gözlənildiyi kimi, yaxın 24 saat ərzində Qəzzanın bütün xəstəxanalarında yanacaq ehtiyatı bitərsə, "minlərlə xəstənin həyatı risk altında qalacaq”.

"Qəzzada insanların vəziyyəti pisləşir, su, qida, elektrik və dərman çatışmazlığı var”, - qurum bildirir.

Oktyabrın 7-də Həmas döyüşçüləri Israilin Qəzzaya yaxın ərazilərində mülki əhaliyə və əsgərlərə hücum etməsi nəticəsində 1400-dən çox insan həlak olub, 200-ə yaxın adam girov götürülüb, İsrail rəsmiləri bildiriblər.

İsrailin Qəzzanı bombalaması nəticəsində isə 2500-ə yaxın insan həyatını itirib, 1000 nəfər dağıntılar altında itkin düşüb, Fələstin rəsmiləri bildiriblər.

İsrail hərbçiləri hazırda Həmas döyüşçülərinə qarşı planlaşdırdıqları qurudan hücum üçün Qəzza yaxınlığında toplaşmağa davam edirlər.

Ötən cümə İsrail Qəzzanın şimalında yaşayan 1,1 milyon fələstinlini cənuba köçməyə çağırıb.

Bu çağırışdan sonra Qəzzadan çıxan yüz minlərlə insan cənubdakı Xan Yunis şəhərinin əhali sayını bir gecədə iki dəfə artırıb.

BMT Yaxın Şərqin "uçurumun astanasında olduğunu" deyir və İsraildən "humanitar yardımın ölkəyə buraxılmasını” xahiş edir.

Missiya.az / Son xəbər / İsrail HƏMAS hərəkatının hərbi imkanlara malik olmamasını təmin etməlidir -

Oxunub: 38



XƏBƏR LENTİ