Fələstinin HƏMAS radikal qruplaşmasının hücumları nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 2 616-ya yüksəldi.
YeniAN.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralılardan ən azı 357-si ağır vəziyyətdədir.
Son bir neçə saat ərzində xəstəxanalara ən azı 578 nəfər gətirilib ki, onlardan 157-nin vəziyyəti kritik qiymətləndirilir.