Valyuta məzənnəsi

Finlandiya prezidenti sələfinin öldüyünü AÇIQLADI

Tarix:16-10-2023, 16:23

Former Finnish president, Nobel Laureate Martti Ahtisaari dies at 86 | News | Yle Uutiset

Finlandiyanın keçmiş prezidenti, 2008-ci ildə Nobel Sülh Mükafatı laureatı Martti Ahtisaari 86 yaşında dünyasını dəyişib.

YeniAN.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistyö məlumat verib.

"86 yaşlı Martti Ahtisaari oktyabrın 16-da saat 06:40-da Helsinkidə vəfat edib", - deyə Prezident Dəftərxanasının açıqlamasında bildirilib.

"Martti Ahtisaarinin vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Martti Ahtisaari insanlığa, sivilizasiyaya və yaxşılığa inanırdı. O, möhtəşəm, gözəl bir həyat yaşayıb. O, Finlandiyanı Avropa İttifaqının qlobal erasına gətirib çıxaran dəyişikliklər dövründə prezidentlik edib", - deyə Niinistyö qeyd edib.

Oxunub: 45



XƏBƏR LENTİ