Valyuta məzənnəsi

Con Travoltanın həyat yoldaşı 57 yaşında vəfat edib

Tarix:13-07-2020, 21:17

Con Travoltanın həyat yoldaşı 57 yaşında vəfat edib

Bazar günü məşhur Con Travolta 57 yaşlı həyat yoldaşı, aktrisa Kelli Prestonun vəfat etdiyini bildirib. Kelli Priston Tom Kruzla "Jerry Maguire" filmindən tutmuş Arnold Şvartsnegerlə "Əkizlər" filminə qədər, bir çox məşhir aktyorlarla dramatik və komediya filmlərində çəkilib.

Con Travolta İnstaqram səhifəsində 28 il bərabər yaşadığı həyat yoldaşının iki il davam edən döş xərçəngindən öldüyünü yazıb.

"Gözəl həyat yoldaşım Kellinin döş xərçəngi ilə iki il mübarizədən sonra həyatını itirdiyini sizə ürək ağrısı ilə çatdırıram. O, çox sayda insanın sevgisi və dəstəyi ilə xəstəliyə qarşı cəsarətlə mübarizə aparırdı" - deyə, Travolta yazıb.

Cütlüyün birlikdə üç övladı olub.

"Bu kədərli xəbərdən şoka düşdüm. Kelly sevgi dolu bir insan, parlaq, istedadlı bir aktrisa, gözəl ana və həyat yoldaşı idi. Onun ailəsi üçün ürəyim kədər hissi ilə doludur" - deyə, Mariya Şrayver Twitter səhifəsində yazıb.

Kelli Preston kino və televiziyada uzun aktyor karyerasına sahib idi. 1999-cu ildə aktyor Kevin Kostnerlə "For the Love of the Game", 2003-cü ildə "What a Girl Wants" və "The Cat in the Hat" filmlərində oynayıb. Növbəti il isə "She Will Be Loved" klipində çəkilib.

YeniAN.info

Oxunub: 315



XƏBƏR LENTİ