Valyuta məzənnəsi

Almaniyaya qeyri-leqal miqrasiya artıb

Tarix:22-10-2023, 11:27

Almaniya polisi konstitusiyanı pozduğu iddiası ilə şiə məscidini bağladı • Aznews TVBu ilin sentyabr ayında Almaniyaya 21 366 qeyri-leqal miqrant gəlib.

YeniAN.az -ın xəbərinə görə, bu barədə Almaniya Federal Polisi məlumat yayıb.

Bu, 2016-cı ilin fevralından sonrakı dövrdə qeydə alınan ən yüksək aylıq göstəricidir.

2016-cı ilin fevralında Almaniyaya 25 650 qeyri-leqal miqrant gəlib.

Ümumiyyətlə, son 7 ayda Almaniyaya qeyri-leqal miqrasiyada stabil artım müşahidə olunur.

Bu ilin yanvar-sentyabr aylarında Almaniyaya 92 119 qeyri-leqal miqrant gəlib.

Əgər bu tendensiya davam edərsə, 2023-cü ildə qeyri-qanuni miqrasiya sahəsində

göstərici 2016-cı ildə qeydə alınan 112 min miqrant göstəricisindən çox olacaq.

Oxunub: 36



XƏBƏR LENTİ