Kreml martın 23-də "Crocus City Hall”da terror aktında ittiham olunanların həbsindən sonra onlara
işgəncə verilməsi ilə bağlı xəbərlərin şərhindən imtina edib.
YeniAN.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
"Mən bu sualı cavabsız qoyacağam” deyib.
O, Rusiyada qadağan olunmuş və terror qruplaşması kimi tanınan "İslam Dövləti”nin hücumda əli olmasının
versiyalar arasında niyə xatırlanmadığına dair sualı "istintaqın hələ də davam etməsi” izahı ilə cavablandırıb.
Basmannı məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən iclasa Raçabalizod
Saidakrami başına əski tutaraq gətizdirilir. Təqsirləndirilən Məhəmmədsobir Fayzov məhkəmə zalına
əlil arabasında xəstəxanadan gətirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə məhbuslara oxşar insanlara işgəncə verilməsini əks etdirən
video və fotolar yayılıb.