Valyuta məzənnəsi

Kim Çen In sakinlərin təxliyəsində iştirak etdi - Fotolar

Tarix:28-07-2024, 16:10

 

İyulun 27-si Şimali Koreyanın şimal rayonlarına rekord dərəcədə güclü leysan yağıb, Amnok çayının suyunun səviyyəsi təhlükəli həddi xeyli keçib. Nəticədə Sinuiju şəhəri və Phenyan-Punkto əyalətinin Uiju mahalının 5 mindən çox sakini daşqın təhlükəsi olan ərazilərdə təcrid olunub.

YeniAN.az  Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, ölkə lideri Kim Çen In iyulun 28-i həmin ərazilərə baş çəkib. O, güclü yağışdan zərər çəkmiş və daşqın təhlükəsi ilə üzləşmiş rayonların sakinlərinin xilas edilməsinə və təxliyəsinə şəxsən rəhbərlik edib.

Bildirilir ki, o, məsul qurumları belə fövqəladə hallara hazırlıq prosesində yol verdikləri səhlənkarlıqlarına görə tənqid edib. Qeyd edib ki, yerli hakimiyyət orqanları lazımi səviyyədə bir dənə də olsun xilasedici texnika ehtiyatı saxlamayıb və buna görə də ordunu cəlb etməli olublar. Bundan başqa, məsul məmurların təxliyənin baş verdiyi ərazilərdə əhali ilə bağlı dəqiq məlumatı olmayıb. Kim Çen Inın sözlərinə görə, xilas edilənlərin sayı yerli hakimiyyət orqanlarının məlumatlarını xeyli ötüb.

Məlumata görə, KXDR liderinin əmri ilə Koreya Xalq Ordusunun Hərbi Hava Qüvvələrinin helikopterləri və Hərbi Dəniz Qüvvələrinin xilasedici gəmiləri əməliyyata cəlb edilib.

 

Oxunub: 268



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə