Valyuta məzənnəsi

Yaponiyada 500 mindən çox adama təxliyə xəbərdarlığı edilib

Tarix:3-07-2023, 11:31

Yaponiyanın cənub-qərbində 500 minə yaxın sakin iyulun 3-də təxliyə olunmaları barədə xəbərdarlıq alıb.

Buna səbəb çayların daşması və davam edən leysan yağışları nəticəsində yaranan sürüşmə təhlükəsidir.

"Kyuşunun müxtəlif yerlərində təxliyə, həmçinin çaylarda suyun səviyyəsinin qalxması, yaşayış məntəqələrinin və yolların su basması barədə bildirişlər yayılıb”, - məlumatda deyilir.

Kurume şəhərində ən azı 115 min nəfərin təxliyəsi əmri verilib. Orada daşqın və sürüşmələrə görə təhlükə səviyyəsi mümkün beşdən dördüncü səviyyəyə qalxıb.

Miyazaki prefekturasının Takatixo şəhərinin təbii fəlakət riskinin artması səbəbindən tamamilə boşaldılması tövsiyə olunub.

Cənub-qərbdəki Kumamoto prefekturasında da vəziyyət çətindir. Oradan 360 mindən çox insan təxliyə edilib.

Qeyd edək ki, Yaponiyanın cənub-qərb hissəsində hər yay güclü leysan yağır. Bu, çayların daşmasına, geniş ərazilərin su altında qalmasına, sürüşmələrə və insan itkilərinə səbəb olur.

Mənbə: İzvestiya

Oxunub: 51



XƏBƏR LENTİ