"Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar davam etdirilməlidir. Bu həm də humanitar məsələləri həll etməyə imkan verəcək”.
"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
"Ukrayna tərəfinin əhval-ruhiyyəsindən asılı olmayaraq, danışıqları aparmaq lazımdır. Baxmayaraq ki, hələ ciddi irəliləyişdən danışmaq çətindir. Bununla belə, hər dəfə növbəti mərhələdə bir sıra məsələlər, o cümlədən humanitar gündəliyə aid problemlər həll olunur. Bu da çox vacibdir”, - deyə Narışkin əlavə edib.
Qeyd edək ki, iyunun 2-də Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. Rəsmi Moskva iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.