Valyuta məzənnəsi

Neft Daşlarında dalğanın hündürlüyü 3.6 metrə çatıb

Tarix:22-01-2024, 13:16

Neft Daşlarında dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA - FED.az

Yanvarın 22-si saat 13:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YeniAN.az -a verilən xəbərə görə, yanvarın 22-si saat 13:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s, Naftalanda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Göygöl, Şəki, Şahdağ, Qax, Astaranın dağlıq ərazilərində qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta olub.

Oxunub: 24



XƏBƏR LENTİ