Valyuta məzənnəsi

Əli Həsənovun nəvəsi azadlığa BURAXILDI

Tarix:2-08-2018, 20:03

Əli Həsənovun nəvəsi azadlığa BURAXILDI


Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev həbsdən buraxılıb.

Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərarı Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası verib.

İki nəfərin öldüyü, dördünün də yaralandığı yol qəzası törətməkdə ittiham olunan N.Allahverdiyev şərti cəza ilə buraxılıb. Zərərçəkmişlərin heç birinin şikayətçi olmamasını əsas gətirən məhkəmə Baş nazirin müavininin nəvəsinə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

N.Allahverdiyev hadisədən sonra Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunurdu - 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə) və 264 (yol-nəqliyyat hadisəsi yerindən qaçma). Ötən il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona 264-cü maddə ilə bəraət, digər ittihamla isə 6 il həbs cəzası verilmişdi.

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektindəbaş verib. Allahverdiyevin idarə etdiyi "Mercedes-Gelandewagen” yolu keçən üç piyadanı - Vaqif Əsədov, Mutallib və Songül Tekiş cütlüyünü vurub, daha sonra "VAZ 21015” markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən "Mercedes-Gelandewagen” yanmağa başlayıb. Bu hadisə nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı Mehdi Əliyev dünyasını dəyişib.

Hadisənin video-görüntüləri sosial şəbəkələrdə yayılıb və hadisədən dörd gün sonra N.Allahverdiyev həbs olunub. O, özünü qismən təqsirli bilib və hadisə yerindən qaçmaqla bağlı ona verilmiş ittihamı qəbul etməyib.

N.Allahverdiyevin 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılovun idarə etdiyi "Mazda” markalı avtomobillə ötüşərkən bu qəzanı törətdiyi bildirilsə də, o, bu ittihamla razılaşmayıb. Bildirib ki, yanında olan M.Əliyevin ürəyində problem yarandığına görə onu təcili həkimə çatdırmaq üçün həmin vaxt maşını yüksək sürətlə idarə edib.

Bu hadisədən sonra 23 yaşlı Mirməhəmməd İsmayılova da avtoxuliqanlığa görə 1 ay inzibati həbs verilib.

Oxunub: 585



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib