Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən "Ağgöl” Milli Parkı sözün əsl mənasında məmurların və onların övladlarının, qonaqlarının poliqonuna çevrilib.
"Aran Milli Qoruğu" da həmçinin.
obyektivxeber.info-ya verilən məlumata görə hər il payız, qış və yaz aylarında milli parkın ərazisində qanunsuz ov nəticəsində onlarla ceyranlar məhv edilir, quşlar qırılır, hədsiz sayda balıqlar «brokonyer»lərin gəlir mənbəyinə çevrilir. Mediaya istinadla xəbərə görə, direktor Ağ Göl Milli Parkında yaşayan şahin quşlarını tutduraraq satır.
Deyilənə görə, şahin quşlarının alıcısı ərəb şeyxləridir. Mahir ovçu kimi yetişdirilən şahin quşları çox baha qiymətə ərəb şeyxlərinə satılır.
Son vaxtlar ərəblərin bura dadanması qoruqlarda fəlakətə səbəb olub.
Təqdim etdiyimiz fotolardan da bu görünür.
Oxunub: 542