Kubok Ağdamda qaldı
Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin verdiyi məlumata görə dünən Ağdam Olimpiya İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə III Azərbaycan Kuboku keçirilib.
Yarışdan əvvəl Bakıdan gələn rəsmi qonaqlar və rayon rəsmiləri Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət etdilər. Sonra Ağdam Olimpiya İdman Kompileksinə gələn Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev və onu müşayət edən qonaqları milli geyimli qızlar şirin çörək və şərbətlə qarşıladılar.
Yarışda bütün yaş qrupları üzrə, ölkənin 30-dan artıq komandasını təmsil edən, 300 dən artiq idmançı güclərini sinayıblar.
Yarışda iştirak edən idmançılar yarış meydadına daxil olduqdan sonra III Azərbaycan Kubikunun reəsmi raportu verildi. Sonra Dövlət himnimiz səsləndikdən sonra rəsmi açılış mərasimini Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev açıq elan etdi. Sonra yarışda qonaq qismində iştirak edən Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məsul işçısı Firudun Paşayev, Dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri, Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov və digərləri çıxış edərək alpaqutçulara uğurlar dilədilər.
Rəsmi hissənin sonunda incəsənət ustalarının ifasında bir neçə muğam və xalq mahnılar ifa edildi.
Dörd - Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilən yarışın sonunda qaliblər diplom, medallar və kubokla mukafatlandirildı. Aypara sistemi üzrə komanda hesabında 1-ci yerə Ağdam, 2-ci yerə Suraxanı, 3-cü yerə Nizami, Batur sistemi üzrə 1-ci yeri .Şəmkir, 2-ci yeri Laçın, 3-cü yeri DİN-nin "Dinamo" İdman Cəmiyyəti, Caymaz sistemi üzrə 1-ci yer Binəqədi rayon "Artika" kulubu, 2-ci yeri Kəlbəzər, 3-cü yeri Mingəçevir, Qurşaq sistemi üzrə isə 1-ci yeri Qazax, 2-ci yeri Laçın, 3-cü yeri DİN-nin "Dinamo" İdman Cəmiyyəti, komandaları layiq görüldü.