ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana gəlib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter” hesabında məlumat verilib.
Səfər zamanı Bolton rəsmi şəxslərlə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın inkişafı, eləcə də, regional məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcək.
Xarici işlər naziri Elmar Məmmədyarovun Boltonla görüşü başlayıb./anews.az