Valyuta məzənnəsi

Brokerin əli ilə büdcəyə getməli olan pullar necə ələ keçirilib… – ŞOK FAKTLAR

Tarix:8-02-2019, 12:19

Brokerin əli ilə büdcəyə getməli olan pullar necə ələ keçirilib… – ŞOK FAKTLAR

Dövlət Gömrük Komitəsinin Komitəsinin büdcə ödəmələri durmadan artır. Hər halda verilən rəsmi rəqəmlərdən belə anlaşılır. Amma nəzərə alsaq ki, son bir ildə idxal-ixrac dövriyyəsi kəskin şəkildə azalır, ortaya ciddi suallar çıxır. Yəni belə anlaşılır ki, gömrükdə dünənə qədər həyata keçirilən əməliyyatların böyük kəsimi heç də rəsmiləşdirilməyib ki, bu işdə də keçmiş “Broker” MMC-nin şefi Əbülfəz Məlikovun kifayət qədər böyük iştirakı və oayı var.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, “Broker Əbülfəz” kimi tanınan “Broker MMC”-nin rəhbəri Əbülfəz Məlikovu mətbuat da, iş adamları da yaxşı tanıyır:

“Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub. Onun “Broker” MMC, “Transbroker” MMC kimi qurumlarla uzun illər idxal-ixrac üzərində sərt monopoliya rejimi yaratması sirr deyil”.

Mənbə dia.az-a açıqlamasında bildirir ki, Əbülfəz Məlikovun biznes gizlinləri ilə bağlı daxil olan məlumatlarda “HORSE HUSBANDRY” MMC-i ilə hansı əməliyyatlar həyata keçirdiyindən də bəhs olunur:

“2011-ci ilin martında yaradılan bu şirkət üç şəxs tərəfindən təsis edilib ki, təsisçilərdən biri də Əblüfəz Məlikovdur. Neftin ucuzlaşması və məlum maliyyə-iqtisadi durum, habelə gömrükdəki rəhbər dəyişikliyi səbəblərindən vəziyyət tamam fərqli yöndə dəyişməkdədir. Hazırda inhisarda barmaqla sayılacaq qədər sahələr qalıb. Ancaq bu tendensiya “Broker Əbülfəz”in gəlirlərinin azalması anlamını doğurmamalıdır. Məlikov cənabları əvvəlki qədərində olmasa da, öz inhisar şəbəkəsini günü gündən çiçəkləndirir”.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Oxunub: 297



XƏBƏR LENTİ