Valyuta məzənnəsi

General Fuad Əlizadəyə yüksək vəzifə və rütbə verdi - Gömrükdə gözlənilməz təyinat

Tarix:8-11-2018, 15:23

General Fuad Əlizadəyə yüksək vəzifə və rütbə verdi - Gömrükdə gözlənilməz təyinat

Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə yeni rəis təyin edilib.

obyektivxeber.info unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə Fuad Əlizadə Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

O, eyni zamanda, polkovnik-leytenant rütbəsi alıb.

Xəbəri komitədən təsdiqləyiblər.

Xatırladaq ki, Fuad Əlizadə buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışıb. Bu ilin avqust ayında nazir Sahil Babayevin müvafiq əmri ilə vəzifəsindən azad olunub.

O, həm də keçmiş nazir Səlim Müslümovun dayısının kürəkənidir.

Onu da qeyd edək ki, Səlim Müslümov 2000-ci ildən 2002-ci ilin mart ayına qədər, yəni DSMF sədri təyin olunduğu günə qədər DGK-da sədr müavini işləyib.

General Fuad Əlizadəyə yüksək vəzifə və rütbə verdi - Gömrükdə gözlənilməz təyinat

Oxunub: 303



XƏBƏR LENTİ