Valyuta məzənnəsi

AĞDAM İCRA BAŞÇISI ÜÇÜN ÖZƏL GÜN

Tarix:18-02-2019, 12:19

AĞDAM İCRA BAŞÇISI ÜÇÜN ÖZƏL GÜN
Bu gün Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun doğum günüdür
Obyektivxeber.info-un məlumatına görə rayon rəhbərinin 60 yaşı tamam olur.
Vaqif Bəhram oğlu Həsənov 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini,2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980-1987-ci illərdə 26 Bakı Komissarı adına NQÇİ elektrik çilingər, 1987-1989-cu illərdə 26 Bakı Komissarı adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi işləmiş, 1989-1991-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politoloq ixtisasını tam kurs üzrə bitirmişdir.

1991-ci ildə 26 Bakı Komissarı adına NQÇİ-nin partiya komitəsinin katibi, 1991-1995-ci illərdə Ə.Ç.Əmirov adına NQÇİ-nin Xüsusi şöbəsinin rəisi, 1995-2001-ci illərdə H.Z.Tağıyev adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001-2005-ci illərdə H.Z.Tağıyev adına NQÇİ-nin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı illərdə N.Nərimanov adına NQÇİ rəisin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.

2017-ci ildən Beynəlxalq Mühəndislik Akademiyasının Ümumi Yığıncağının qərarına əsasən,həmin akademiyanın üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

Obyektivxeber.info olaraq icra başçısını təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq!
AĞDAM İCRA BAŞÇISI ÜÇÜN ÖZƏL GÜN
AĞDAM İCRA BAŞÇISI ÜÇÜN ÖZƏL GÜNAĞDAM İCRA BAŞÇISI ÜÇÜN ÖZƏL GÜN
AĞDAM İCRA BAŞÇISI ÜÇÜN ÖZƏL GÜN

Oxunub: 319



XƏBƏR LENTİ