Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Binəqədi və Sumqayıt şəhərlərinin ərazisində müvəqqəti məskunlaşan Ağdam rayon sakinləri ilə görüş keçirmişdi.
Təhsil, səhiyyə, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşlərdə ölkəmizin və rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Məcburi köçkün sakinlərdən Zümrüd Quliyeva, Qəhrəman Hüseynov, Elmira Quliyeva, Əziz Zeynalov, Telman Hətəmov, Şaiq İbayev, Allahverdi Azadov, Validə Bağırova və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi Bakı şəhəri Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında məskunlaşdıqları yataqxanalarda mənzil şəraitlərinin ağır olmasını bildirərək onların mənzillə təminatına köməklik edilməsini, veteran adlarının alınmasında köməklik edilməsini, iş və və digər şəxsi məsələlərinin həllinə ehtiyacları olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerində tapşırıqlar verib və onların həlli prosesi nəzarətə götürülüb.daha sonra isə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Sumqayit şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə məskunlaşan Ağdam sakinləri ilə görüşüb, onların mənzil - məişət şəraiti ilə yerində tanış olub. Bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün belə görüşlər çox önəmlidi. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə öz dərin minnətdarlıqlarını bildirərək, yeni salınmış qəsəbədə hər cür şəraiti olan evlə təmin olunduqlarına görə təşəkkürlərini bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəsəbədə məskunlaşan şəhid ailəsi Həsənov Nazim İsgəndər oğlunun da evində olmuş, onun vəziyyəti ilə yerində tanış olaraq problemlərinin olub olmamasını maraqlanmışdır. Şəhid ailəsi öz növbəsində ona göstərilən diqqətə görə ölkə rəhbərliyinə və rayon İcra Hakimiyyətinin Başçısına təşəkkürünü bildirmişdir.Sumqayit şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə məskunlaşan Ağdam sakinləri ilə görüşüb, onların mənzil - məişət şəraiti ilə yerində tanış olub. Bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün belə görüşlər çox önəmlidi. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə öz dərin minnətdarlıqlarını bildirərək, yeni salınmış qəsəbədə hər cür şəraiti olan evlə təmin olunduqlarına görə təşəkkürlərini bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəsəbədə məskunlaşan şəhid ailəsi Həsənov Nazim İsgəndər oğlunun da evində olmuş, onun vəziyyəti ilə yerində tanış olaraq problemlərinin olub olmamasını maraqlanmışdır. Şəhid ailəsi öz növbəsində ona göstərilən diqqətə görə ölkə rəhbərliyinə və rayon İcra Hakimiyyətinin Başçısına təşəkkürünü bildirmişdir.