Valyuta məzənnəsi

Abşeronda DƏRƏBƏYLİK: Müavin icra başçısını güdaza verir, özünü isə….

Tarix:19-11-2019, 23:54

Abşeronda DƏRƏBƏYLİK: Müavin icra başçısını güdaza verir, özünü isə….

Abşeron icra hakimiyyəti laxlanır…

Abşeron RİH-nin başçısı İradə Gülməmmədova ilə bağlı son günlər səslənilən iddialar artıq mətbuatın gündəminə çevrilib. Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, icra başçısını güdazə vermək üçün daxildan peşakarcasına “lahiyə” hazırlanıb. Senarı kim və kimlər tərəfindən hazırlandığı isə qisməndə olsa məlumdur. Belə ki, Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Fuad Cəbrayılov rayonda ən çox narazı yaradan məmurlardan sayılır.

Onuda nəzərinizə çatdıraq ki, F. Cəbrayılovun əməlindən bezən rayon sakinləri ölkə başçısına müraciət edəcəklərini və vəzifə səlahiyyətindən istifadə edən məmurun dərhal cəzəlanacağına inanırlar. Bütün şikayətləri analiz edən F. Cəbrayılov, bəzi “piryomlardan” istifadə etməyə çalışır. Məsəl üçün haqqında yayımlanan tənqidi məqalələr dərhal dolayısı yolla saytlardan sildirir. Əlbətdə ki, Bakı şəhərin ən böyük rayonlarından olan Abşeron rayonu hər zaman diqqət mərkəzində olub.

Maraqlı məqamlardan biri odur ki, sakinləri rayon rəhbərliyindən narazı salan şəxsin mətbuatda adı hallanmır. Bütün diqqətlər və tənqid atəşinə məhz Abşeron RİH başçısı İradə Gülməmmədova tutulub. Ötən yazılarımızda qeyd etmişdik ki, icra başçısına qarşı digər bir qurum İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdüri Akif Əliyevin törətdiyi əməllərdir. Lazımı anda qanundan ağızdolusu ilə “moizə” söyləyən bu şəxsdə rayon sakinlərini bir sözlə təngə gətirib. Sual yarana bilər.

Nədir bunların məqsədi? İcra başçısına qarşı kompaniya aparmaqdırmı? Və yaxud sakinləri ölkə başçısından narası salmaqdırmı? Əslində, hakimiyyətin daxilində olan bəzi quvvələr vəziyyətdən istifadə etməyə səy göstərirlər. Bunlar rayon icra hakimiyyətində təmsil olunan məmurlar və onların əlaltılarıdır. Təbii ki, yazdıqlarımız qarşı tərəfi heç bir halda razı sala bilməz. Hətta “bizi jantaj edirlər, şərdir, böhtandır” deyə iradlarını bildirəcəklər. Rayonda keçiriləcək bir sorğu kifayət erdir ki, bəzi məmurların törətdiyi əməllər yuxarıda qeyd etdiklərimizlə üst-üstə düşsün. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…

Oxunub: 354



XƏBƏR LENTİ