Valyuta məzənnəsi

Evlərinin yanmağına ilk dəfə reaksiya verdilər - Fotolar

Tarix:11-01-2025, 10:00

evlerinin-yanmagina-ilk-defe-reaksiya-verdiler

ABŞ-nin Kaliforniya ştatında hazırda genişmiqyaslı meşə yanğınları davam edir.

YeniAN.az  "CNN”ə istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olanların sayı 11-ə çatıb.

Bununla yanaşı, Los-Ancelesdə evi və əmlakı yanğının təsirinə məruz qalan məşhurlar siyahısına tanınmış aktyorlar Mel Gibson və Entoni Hopkins də daxil olub. Hər iki aktyorun evi tamamilə yanıb. 

Məşhur aktyorun 6 milyon dollarlıq evi külə döndü – FOTO

M.Gibson mediaya açıqlamasında 15 ildir həmin ərazidə yaşadığını, hələ bu dərəcədə genişmiqyaslı yanğın görmədiyini bildirib. 

E.Hopkins isə instaqram hesabında paylaşım edərək yanğınlar fonunda "özümüzlə aparacağımız yeganə şeyin bəxş etdiyimiz sevgi olduğunu xatırlamaq önəmlidir”, - deyib.

Fotoda: Entoni Hopkinsin eviƏfsanəvi aktyorun evi kül oldu

Oxunub: 60



XƏBƏR LENTİ